Biz imzaları yox, əsərləri dərc edirik...

Nizaminin Nüşabə surəti – Həmid Araslı yazır
1200
14 Aprel 2021, 10:27
 Artkaspi.az saytı Hə­mid Aras­lının  "Ni­za­mi­nin Nüşa­bə su­rə­ti” adlı yazısını təqdim edir:
 
 
 Nüşa­bə, Ni­za­mi­nin son əsə­ri olan "İs­kən­dər­na­mə” poe­ma­sın­da ve­ri­lən hökmdar qa­dın su­rə­ti­dir. Ümu­miy­yət­lə, "İs­kən­dər­na­mə” əsə­ri Ni­za­mi ya­ra­dı­cı­lı­ğı­nın ye­ku­nu ol­du­ğu ki­mi Nüşa­bə də da­hi sə­nət­ka­rın ya­rat­dı­ğı hökmdar qa­dın su­rət­lə­ri­nin ən tək­mil­ləş­mi­şi­dir. Tə­sadü­fi de­yil­dir ki, Ni­za­mi onu əsas qəh­rə­ma­nı, ide­al hökmdar su­rə­ti olan İs­kən­dər­lə qar­şı­laş­dır­mış, ağıl, cə­sa­rət və ira­də ba­ca­rı­ğı ilə onu üstün bir şəx­siy­yət ki­mi tə­rənnüm et­miş­dir.
Ni­za­mi ya­ra­dı­cı­lı­ğı son də­rə­cə müntə­zəm bir tə­kamül ke­çir­miş, hər za­man in­ki­şaf edib büllur­laş­mış, ge­niş bir alə­mi əha­tə edən də­rin mə­na­lı ya­ra­dı­cı­lıq­dır. Onun ic­ti­mai-si­ya­si və fəl­sə­fi fi­kir­lə­ri hə­lə şai­rin ilk li­rik qə­zəl­lə­rin­də bir rüşeym ha­lın­da ve­ril­miş­dir. Son­ra, 1178-də il­də "Məx­zənül-əs­rar” əsə­ri bu mə­na­lı fi­kir­lə­rin ilk ic­ma­lı ola­raq ya­ra­dıl­mış­dır. Bun­dan son­ra gə­lən üç poe­ma­da: "Xos­rov və Şi­rin”, "Ley­li və Məc­nun” və "Həft-pey­kər” əsər­lə­rin­də "Sir­lər xə­zi­nə­si”ndə irə­li sürülən fi­kir­lər da­ha də­rin, da­ha bə­dii və da­ha yüksək bir sə­viy­yə­də tək­mil­ləş­di­ril­miş­dir.
 Bütün bun­lar böyük və zən­gin ya­ra­dı­cı­lıq yo­lu ke­çib, də­rin hə­yat müşa­hi­də­si, təcrü­bə­si olan sə­nət­ka­rın qo­ca­lıq il­lə­rin­də yaz­dı­ğı "İs­kən­dər­na­mə”də ye­kun­laş­dı­rıl­dı və ümu­mi­ləş­di­ril­di. Odur ki, "İs­kən­dər­na­mə” şai­rin mə­həb­bət, dövlət, və­tən haq­qın­da fəl­sə­fi an­la­yış­la­rı­nın bir ye­ku­nu­dur. Əsə­rin əsas qəh­rə­ma­nı Ma­ke­do­ni­ya­lı İs­kən­dər­dir. La­kin şa­ir ta­ri­xi şəx­siy­yət­lə­ri qəh­rə­man ki­mi götürdükdə hə­min şəx­siy­yət­lə­rin hə­ya­tı­nı nəz­mə çək­mək məq­sə­di­ni iz­lə­mə­di­yi ki­mi, İs­kən­də­rin də ta­ri­xi­ni nəz­mə çək­mə­yə ça­lış­ma­mış­dır.
 Ni­za­mi əsə­rin müqəd­di­mə­sin­də İs­kən­dər haq­qın­da olan rə­va­yət­lə­ri göstə­rir ki, o, İs­kən­də­ri Mi­sir ka­hi­ni­nin oğ­lu, ya­xud Da­ra­nın qar­da­şı ki­mi göstə­rən rə­va­yət­lə­ri rədd edir. Onu Ma­ke­do­ni­ya hökmda­rı Fi­lip­pin oğ­lu ki­mi ve­rib, Ərəs­tun ilə bir­lik­də böyüdür və hə­ya­tı bo­yu onun­la bə­ra­bər ya­şa­dır. Şa­ir İs­kən­də­rin si­ma­sın­da qı­lınc ilə bi­li­yi, qüvvət ilə təd­bi­ri bir­ləş­di­rən adil bir hökmdar su­rə­ti ya­ra­dır. O, müa­sir­lə­rin­də gördüyü pis cə­hət­lə­ri Da­ra, Pə­lən­gər və s. mən­fi hökmdar­la­rın si­ma­sın­da tən­qid edir. Ar­zu­la­dı­ğı hökmdar su­rə­ti­ni İs­kən­də­rin si­ma­sın­da can­lan­dır­ma­ğa ça­lı­şır. Nə­ha­yət, özünün ya­rat­mış ol­du­ğu bu müsbət şah su­rə­ti­ni gə­ti­rib xə­ya­li bir cə­miy­yə­tə çı­xa­rır və bu­nun­la da, dövlət qu­ru­lu­şu haq­qın­da­kı fi­kir­lə­ri­ni ye­kun­laş­dı­rır.
 Ni­za­mi hər za­man müsbət bir ha­di­sə, müəy­yən bir uy­ğun­luq görən­də qəh­rə­man­la­rı­nı öz və­tə­ni ilə əla­qə­lən­di­rir. Xal­­qı­nın keç­miş əzə­mə­ti­ni, və­tə­ni­nin gözəl­lik­lə­ri­ni, üstün­lük­lə­ri­ni və öz əsa­rə­tin­də­ki və­ziy­yə­tə müna­si­bə­ti­ni göstər­mə­yə ça­lı­şır.
 
 

 Biz bu­nu hə­lə "Xos­rov və Şi­rin” poe­ma­sın­da görürük. Şa­ir Bər­də ha­ki­mi Şə­mi­ra­dan bəhs edər­kən onu hə­ra­rət­lə tə­rif­lə­yir. Şi­ri­ni ide­al bir hökmdar ki­mi göstə­rir. Əda­lət­li hökmdar­lar­dan da­nı­şan­da müa­sir­lə­ri­nə müra­ci­ət edir, on­la­rı ta­rix­dən ib­rət al­ma­ğa ça­ğı­rır.
 Biz bu xüsu­siy­yət­lə­ri, şai­rin bu cə­hə­ti­ni "İs­kən­dər­na­mə” əsə­ri­nin Nüşa­bə his­sə­sin­də da­ha ay­dın görürük. Ni­za­mi İs­kən­də­ri dünya­nın müəy­yən yer­lə­rin­də gəz­dir­dik­dən son­ra Azər­bay­ca­na gə­ti­rir. Hər şey­dən əv­vəl bu ölkə­nin gözəl­lik­lə­ri və sər­və­ti İs­kən­də­ri hey­rət­lən­di­rir. Bər­də şə­hə­ri X əs­rə qə­dər Ya­xın Şər­qin mə­də­ni mər­kəz­lə­rin­dən bi­ri idi. Böyük ti­ca­rət yo­lu bu şə­hər­dən ke­çir­di. Şər­qin və qər­bin ta­cir­lə­ri bu şə­hər­də görüşürdülər. Bu­ra­da böyük yar­mar­ka­lar olur və bütün dünya ta­cir­lə­ri ora mal gə­ti­rir­di­lər. La­kin X əsr­də Bər­də da­ğıl­dıq­dan son­ra onun ye­ri­ni Ni­za­mi­nin ya­şa­dı­ğı Gən­cə şə­hə­ri tut­muş­dur. Bər­də şə­hə­ri gün-gündən tə­nəzzül edir, Gən­cə isə tez-tez baş ve­rən zəl­zə­lə­lər nə­ti­cə­sin­də xa­ra­ba­ya çev­ri­lir­di. Odur ki, şa­ir de­yir:
 
Ye­nə də bol olan o göyər­ti­lər
Əda­lət tox­mun­dan göyər­sə əgər,
Enin­dən gözəl­cə bəs­lən­sə di­yar,
Get-ge­də ya­şıl­lıq, gözəl­lik ar­tar.
 
 Be­lə bir rəy var ki, Nüşa­bə, hə­qi­qə­tən, hə­yat­da ya­şa­mış bir şəx­siy­yət­dir. Ni­za­mi ta­ri­xi bir va­qeə­ni qə­lə­mə al­mış­dır. İkin­ci bir rəy­də isə Ni­za­mi­nin bu su­rə­ti ya­ra­dar­kən ikin­ci poe­ma­sın­da ol­du­ğu ki­mi, Gürcüstan hökmda­rı Ta­ma­ra­nın su­rə­ti­ni can­lan­dır­dı­ğı id­dia olu­nur. Hər iki rəy yan­lış­dır.
 Bi­rin­ci rəy ona görə yan­lış­dır ki, Azər­bay­can ta­ri­xin­də Nüşa­bə ad­lı hökmda­rın ya­şa­ma­sı­nı təs­diq edən heç bir sə­nəd yox­dur. İs­kən­dər özü də Azər­bay­ca­na gəl­mə­miş­dir.
 İkin­ci rəy isə ye­nə də ta­ri­xi sə­nəd­lə­rə uy­ğun gəl­mir. Be­lə ki, bu id­dia­nı irə­li sürən­lər mər­hum Yu­ri Mar­rın bir eh­ti­ma­lı­nı təh­qiq et­mə­dən qə­bul et­dik­lə­rin­dən ya­nı­lır­lar. Yu­ri Marr hə­lə 1936-cı il­də Xa­qa­ni haq­qın­da da­nış­dı­ğı bir mə­qa­lə­də Azər­bay­can mə­də­niy­yə­ti­ndə yüksək sə­viy­yə­də gürcü mə­də­niy­yə­ti tə­sir­lə­ri­ni görmə­yə ça­lı­şar­kən "Xos­rov və Şi­rin” əsə­rin­də ve­ril­miş olan Şə­mi­ra su­rə­tin­də şai­rin gürcü hökmda­rı Ta­ma­ra­nı tə­rənnüm et­di­yi­ni göstə­rir­di. La­kin nə Yu­ri Marr, nə də onu tək­rar edən­lər bir hə­qi­qə­ti nə­zə­rə al­mır­lar. O da bu­dur ki, Ni­za­mi "Xos­rov və Şi­rin” əsə­ri­ni 1180-ci il­də bi­tir­miş­dir. Ta­ma­ra isə ha­ki­miy­yət ba­şı­na 1186-cı il­də gəl­miş­dir. Şa­ir hə­lə əsə­ri yaz­dı­ğı za­man heç bir kəs tə­rə­fin­dən ta­nın­ma­yan Ta­ma­ra­nın gə­lə­cək su­rə­ti­ni xə­ya­lı­na be­lə gə­ti­rə bil­məz­di.
 Nüşa­bə su­rə­ti­nin qə­dim yu­nan­la­rın əsər­lə­rin­də bəhs edi­lən Ama­zon qa­dın ol­du­ğu­nu düşünən­lər də var. Be­lə ki, qə­dim yu­nan əsər­lə­rin­də Qa­ra də­ni­zin şi­mal-cə­nub his­sə­sin­də yal­nız qa­dın­lar­dan iba­rət cən­ga­vər bir qövmün ya­şa­dı­ğı göstə­ri­lir. Bun­la­rın müəy­yən za­man­lar­da ət­raf kənd­lə­rə ya­yı­lıb, son­ra er­kək uşaq­la­rı­nı öldürüb, qız­la­rı böyütdüklə­ri və s. söylə­ni­lir.
 
 

 Azər­bay­can­da bir sı­ra na­ğıl­lar var­dır ki, hə­qi­qə­tən, Ama­zon qa­dın­ların hə­ya­tın­dan bəhs edir. Bun­la­rı nə­zə­rə al­dıq­da bu qə­dim rə­va­yət­lə­rin Nüşa­bə su­rə­ti ya­ra­dı­lar­kən is­ti­fa­də edil­di­yi an­la­şıl­mış olur.
 La­kin Ni­za­mi çox qə­dim olan bu rə­va­yət­lə­ri öz ar­zu və is­tək­lə­ri ilə zi­nət­lən­di­rib onu cən­ga­vər bir hökmdar­dan çox, ağıl­lı, təd­bir­li bir pad­şah ki­mi göstər­mə­yə ça­lış­mış­dır. Be­lə ki, o, dünya­la­rı tit­rə­dən İs­kən­də­rə öz ağ­lı və təd­bir­lə­ri ilə üstün gə­lir. Ni­za­mi göstə­rir ki, Nüşa­bə ol­duq­ca qüvvət­li bir dövlət qur­muş­du. Bu dövlət sa­də­cə or­du nə­fər­lə­ri­nin cən­ga­vər­li­yi ilə de­yil, ey­ni za­man­da, hökmda­rın si­ya­si qüdrə­ti, ayıq­lı­ğı, təd­bir və zə­ka­sı sa­yə­sin­də ya­şa­nır. Nüşa­bə hə­lə İs­kən­dər ye­ni­cə müvəf­fə­qiy­yət qa­zan­dı­ğı il­lər­də adam göndə­rib onun ək­si­ni əl­də et­miş­dir. Bu ha­di­sə Tə­bə­ri­də də be­lə­dir. La­kın şai­rin qəh­rə­ma­nı hüzu­ru­na si­lah­lı gi­rib hökmdar­la hökmdar ki­mi da­nı­şan bu ada­mın el­çi de­yil, İs­kən­dər ol­du­ğu­nu qəh­rə­ma­nı­na öz yüksək zə­ka­sı ilə müəy­yən­ləş­di­rir. Ni­za­mi göstə­rir ki, Nüşa­bə İs­kən­də­rin hə­də­lə­rin­dən özünü itir­mir, ağıl­lı ca­vab­la­rı, mərd­li­yi sa­yə­sin­də İs­kən­də­rin təbəəsi yox, müttə­fi­qi olur.
 
  

 Ni­za­mi bir də Nüşa­bə­nin İs­kən­dər tə­rə­fin­dən əsir­lik­dən xi­la­sı­nı göstə­rir. Bu ha­di­sə be­lə olur: Nüşa­bə ilə dost­luq əhd-pey­ma­nı bağ­la­mış İs­kən­dər hind və Çin ölkə­lə­ri­ni gəz­dik­dən son­ra ge­ri dönür, bu za­man Ab­xa­zi­ya şahı Də­va­li ona rus­la­rın Bər­də şə­hə­ri­ni da­ğıt­dıq­la­rı­nı və Nüşa­bə­ni əsir apar­dıq­la­rı­nı xə­bər ve­rir. İs­kən­dər rus or­du­su ilə qar­şı­la­şır, nə­ha­yət, Nüşa­bə­ni azad edir, Də­va­li ilə ev­lən­di­rir.
 Be­lə­lik­lə, biz Ni­za­mi­nin Nüşa­bə su­rə­ti­ni onun ya­ra­dı­cı­lı­ğın­da qa­nu­ni bir in­ki­şa­fın, yə­ni hökmdar qa­dın su­rət­lə­ri­nin tək­mil­ləş­miş ölkə­nin ta­ri­xi ilə əla­qə­dar müsbət hökmdar su­rə­ti ola­raq ya­ra­dıl­dı­ğı­nı müəy­yən­ləş­di­rə bi­li­rik.
 

Xəbər lenti