Biz imzaları yox, əsərləri dərc edirik...

Mezzo” Elmi Publisistik İnformasiya jurnalının 27-ci nömrəsi işıq üzü görüb
57
30 Aprel 2021, 10:56
 Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) "Mezzo” Elmi Publisistik İnformasiya jurnalının 27-ci nömrəsi çapdan çıxıb.
 
 

 BMA-dan AZƏRTAC-a bildirilib ki, baş redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov olan jurnalda, akademiya əməkdaşlarının məqalələri dərc olunub. Belə ki, sənətşünaslıq üzrə fəlsəfə doktorları Rauf Bəhmənli, Mehparə Rzayeva, BMA-nın əməkdaşları Röya Hüseynova və Fidan Hüseynovanın qələmindən çıxan və 2021-ci ilin yanvar-mart aylarını əhatə edən ölkənin ən əlamətdar mədəniyyət xəbərləri, akademiyanın ictimai-siyasi həyatında baş verən hadisələr jurnalda işıqlandırılıb. Ənənəyə sadiq olaraq jurnalda təhsil, incəsənət, tədbirlər, nailiyyətlər və yeni layihələr haqqında xəbərlər dərc olunub.
 Oxucular jurnalı vərəqləyərkən önəmli tədbirlər silsiləsindən, Prezidentin Şuşa səfəri, BMA-nın həyata keçirdiyi beynəlxalq və respublika konfransları, 20 Yanvar və Xocalıya həsr olunmuş anım tədbirləri, yubileylər, beynəlxalq layihələr, tələbələrin uğurları və bir çox xəbərlər haqqında ətraflı məlumat alacaqlar.
 Onu da qeyd edək ki, jurnalın üz səhifəsi tarixi torpağımız, mədəniyyət beşiyimiz Şuşaya həsr olunub.

Xəbər lenti