Biz imzaları yox, əsərləri dərc edirik...

Məmməd İsmayıla "Literatura Arta" mükafatı verilib
200
13 Fevral 2018, 14:02
 Ötən ilin sonu və bu ilin əvvəli Türkiyәdә yaşayan hәmyerlimiz  şair Mәmmәd İsmayıl üçün düşәrli olub. 
 
 
 
 Şairin Moldovada vә Albaniyada şeirlәr kitabı çapdan çıxıb, yaradıcılığı haqqında Moldovanın "Literatura Arta”( Әdәbiyyat qәzeti) vә Albaniyanın "Nasional” qәzetlәri mәqalәləlәr yayımlayıb vә ona "Literatura Arta”( Әdәbiyyat qәzeti) qәzetinin illik mükafatı təqdim edilib. Mәrkәzi ofisi Brüssel vә Priştinada yerlәşәn Beynәlxalq Yazıçılar Biriliyi isә şairi nüfuzlu P.Boqdanı diplomu vә medalıyla mükafatlandırıb.
 
 
 
 Avropa Elm, Sәnәt vә Әdәbiyyat  Akademiyasının  25 yanvarda Parisdә keçirilәn sesiyasında hәmyerlimiz şair Mәmmәd İsmayıl Rumıniyadan İon Deaconescu, Әlcәzairdәn Xatim Labi, Ukraynadan Aleksandr Koratenko, Moldovadan Nicolae Dabija, İtalyadan Laura Gavarova, Türkiyәdәn Ataol Bәhramoğlu ilә birlikdә akademiyanın hәqiqi üzvü seçilib.
 
 
 
 Tәqdimat mәtnindә deyilir: 2017-ci il Avropa "Azadlıq sevgisi” şeir yarışmasının qalibi professor şair Mәmmәm İsmayıl 25 yanvar 2018-ci il tarixindә AESӘA-nın  hәqiqi üzvü seçilib. Qeyd edәk ki, şairә Ukrayna və Fransızcaya tәrcümә olunmuş "Biz dörd nәfәr idik” şeri mükafat qazandırıb. Hәmçinin M.İsmayıl bu şeirә görә Ukrayna Asli tәhsil Akademiyasının Taras Şevçenko medalıyla tәltif edib. 
 
 
 
 Ukrayna vә Fransızca çap olunan qalib şeirlәr müvafiq antologiyalarda da yer alıb. M.İsmayıl Parisdә Avropa Elm, Sәnәt vә Әdәbiyyat Akademiyasında keçirilәn tәntәnәli mәrasimdә yarışda qalib olan "Biz dörd nәfәr idik” şerini sәslәndirib.