Biz imzaları yox, əsərləri dərc edirik...

Arif Babayevin 80 illik yubileyi qeyd ediləcək
363
13 Fevral 2018, 10:12
 Aprelin 3-də Heydər Əliyev Sarayında görkəmli muğam ifaçısı, Xalq Artisti Arif Babayevin 80 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.
 
 

 Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yubiley gecəsində, muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolu və töhfələri olan sənətkarın və tanınmış xanəndələrin ifasında xalq mahnıları, təsniflər və muğamlar səsləndiriləcək.
 Konsertdə ustad sənətkarın oxuduğu və musiqi mədəniyyətimizin xəzinəsinə daxil olmuş "Şur”, "Rast”, "Bayatı-Şiraz”, "Çahargah”, "Mirzə Hüseyn segahı”, "Zabul segah”, "Segah” muğamları, təsniflər, bəstəkar mahnıları təqdim olunacaq.
 Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin bütün kassalarından, habelə www.iticket.az  saytından onlayn və "ASAN” xidmət mərkəzlərindən əldə etmək olar.