Biz imzaları yox, əsərləri dərc edirik...

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert
384
20 Sentyabr 2018, 09:30
 Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı dahi bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasında təqdim olunub.
 AZƏRTAC xəbər verir ki, "Üzeyir Hacıbəyli musiqisi əbədidir” adlı konsert proqramı Mədəniyyət Nazirliyi, Bakı Musiqi Akademiyası və AzTV-nin birgə təşkilatçılığı ilə reallaşıb.
 

 
 Konsertdə solistləri AzTV-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.
Gecədə dirijorlar Faiq Sadıqov və Mustafa Aşurovun bədii rəhbərliyi ilə dünya və Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət olunub. Klassik musiqi nümunələrinin səsləndirildiyi konsert proqramı maraqla qarşılanıb.
 Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən festival sentyabrın 26-dək davam edəcək. Festival ərəfəsində Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər – T.Dokşitser adına "New life brass” kvinteti, "Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbir keçiriləcək.