Biz imzaları yox, əsərləri dərc edirik...

Özbəkistanda Suyima Qəniyevaya həsr olunmuş konfransda Azərbaycan da təmsil olunub.
301
21 Fevral 2020, 12:29
  Daşkənddəki Nəvai adına Ədəbiyyat Muzeyində tanınmış nəvaişünas və mətnşünas alim, professor, Özbəkistan qəhrəmanı mərhum Suyima Qəniyevanın elmi yaradıcılığı ilə bağlı "Suyima Qəniyevanın elmi irsi və mətnşünaslıq məsələləri” adlı elmi-ədəbi konfrans keçirilib.
  Tədbirdəalimlər, elm və mədəniyyət xadimləri, tələbələr, jurnalistlər iştirak edib.  
  Konfransı filologiya elmləri namizədi ŞuxratRizayev açaraq,SuyimaQəniyevanın  həyatı və yaradıcılığı haqqında məlumat verib.
 
 

  ÖzbəkistanElmlər Akademiyasının vitse-prezidenti Baxrom Abduxalimov Suyima Qəniyevanı keçmiş SSRİ məkanında tanınmış nəvaişünas və mətnşünas alim kimi xarakterizə edib. O deyib ki, SuyimaQəniyevanın elmi məqalələri Özbəkistandan başqa Azərbaycan, Türkiyə, Rusiya, İran, Tacikistan və digər ölkələrdə çap olunub. 
 Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ədəbi əlaqələrimizin inkişafından danışıb, bildirib ki, Suyima Qəniyeva nəvaişünas və mətnşünas alim kimi tanınsa da Şərqin, o cümlədən Azərbaycanın bir çox  şair və mütəfəkkirlərini də tədqiq edib. Alim Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani və digər klassik şairlərimiz haqqında məqalələr yazıb. 
  Sonra  S.Abbasov Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin Daşkənddə özbək dilində çap olunan "Xəmsə”sini muzeyə hədiyyə edib. 
 Akademiklər Naim Kərimov, Tura Mirzəyev, professor İbrahim Xakqul, filologiya elmləri namizədi, dosent Kəramət Mullaxojayeva və başqaları Suyima Qəniyevanın elmi irsi, ayrı-ayrı əsərləri haqqında danışıblar.      
             
                                                                                              
Xəbər lenti