Azərbaycan Milli Elmlər
Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistan
Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov və səfirliyin attaşesi
Aybek Əkrəmovla görüş keçirilib. Görüşdə İnstitutun Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almas Binnətova, filologiya üzrə fəlsəfə doktorları Aygün Bağırlı və Mehman Həsənli iştirak ediblər.Azərbaycan-Özbəkistan
ədəbi-mədəni əlaqələrinin gələcək planları müzakirə olunub.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görülmüş işlərdən danışıb. Qeyd
edib ki,fevral ayında Nizami və Nəvaiyə həsr olunmuş konfransdan əlavə Babura həsr
edilmiş konfrans da təşkil olunub. 2019-cu ildə İnstitutda "Azərbaycanca-özbəkcə,
özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimat mərasimi keçirilib.2020-ci ildə
Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarına əsasən Azərbaycan və özbək dillərində
çap olunan Əlişir Nəvainin "Hikmətli sözlər” əsərininelmi redaktoru oluğunu əlavə
edib. 2020-ci ildə İnstitutda Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi
və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti ilə
birlikdə Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr olunmuş "Əlişir Nəvai
ədəbi və elmi irsinin öyrənilməsi” adlı Beynəlxalq elmi konfrans keçiriliyini də
xatırladıb."Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr
olunmuş xüsusi buraxılışıhaqqında məlumat verib.
Səfir Bəhram Əşrəfxanovgörülən işlərin davamlı
olacağını bildirib və beş cildlik "Özbək dilinin izahlı lüğəti”ni İnstituta hədiyyə
edib. Ədəbiyyat İnstitutunda Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzininyaradılmasını
yüksək qiymətləndirib və oranı ziyarət edib.Filologiya elmləri doktoru Almaz
Ülvinin "Əlişir Nəvainin əsri və nəsri” adlı kitabından söz açaraq kitabın təqdimatının
nəzərdə tutulduğunu bildirib.