Biz imzaları yox, əsərləri dərc edirik...

“YUĞ”da həftəsonu “Şok”
418
14 Fevral 2019, 13:28
 Fevralın 17-də Azərbaycan Dövlət "YUĞ” Teatrının yaradıcı kollektivi türkiyəli yazıçı-dramaturq Turqay Narın "Zibillik” pyesi əsasında hazırlanmış "Şok” tamaşasını teatrsevərlər üçün təqdim edəcək.

 Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsəri rejissor Günay Səttarın quruluşu əsasında nümayiş olunacaq. Tamaşanın musiqi bəstəsi Amid Qasımova və Mələk Vəlizadəyə, səhnə dizaynı Əməkdar incəsənət xadimi Rəşid Şərifə məxsusdur. Pyesi Azərbaycan dilinə dramaturq Mehman Musabəyli tərcümə edib.
 Janrı eqosentrik transaksiya kimi təyin olunan səhnə əsərində rolları aktyorlar Oqtay Mehdiyev, Rasim Cəfər, Amid Qasımov, Vüqar Hacı, Təranə Atacan və Zümrüd Qasımova ifa edəcək. Tamaşa müharibələrdən, xaosdan, rasional və irrasional dünyanın qlobal təhlükə və dinamikasından ani zaman kəsiyində uzaqlaşmaq, arınmaq, düşünə bilmək və ən başlıcası dünyamızın gözəl olduğunu anlamaq üçün bir teatr oyunudur.
 A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında göstəriləcək tamaşanın
xronometrajı 75 dəqiqədir.