Biz imzaları yox, əsərləri dərc edirik...

“Yetim Bruklin” filminin treyleri işıq üzü görüb
67
23 Avqust 2019, 16:20
  "WarnerBros” studiyası "YouTube”da "Yetim Bruklin” dramının ilk treylerini yerləşdirib. Filmin rejissoru, ssenari müəllifi və baş rolun ifaçısı aktyor Edvard Nortondur.
 
 

  AZƏRTAC xəbər verir ki, hadisələr ötən əsrin 50-ci illərində baş verir. Layonel (Edvard Norton) Turetta sindromundan əziyyət çəkən özəl detektivdir, o dostu və müəllimi Frenki (Brüs Uillis) öldürənin kimliyini və bu işdə yerli hakimiyyətin əli olub-olmadığını aydınlaşdırmalıdır.
  Dramda həmçinin Alek Bolduin, Uill Defo, Ququ Mbata-Rou və başqaları çəkiliblər.
  Tom York və "Red Hot Chili Peppers” qrupunun bas ifaçısı Flea filmin saundtreki üçün "Daily Battles” kompozisiyasını yazıblar.
  "Yetim Bruklin” – Amerika yazıçısı Conatan Letemin eyniadlı romanının ekran həllidir.