Biz imzaları yox, əsərləri dərc edirik...

“YARAT”da növbəti tədbir XX əsrdə yaşayıb-yaradan rus ədiblərinə həsr ediləcək
177
18 İyul 2018, 16:29
 İyulun 26-da "YARAT” Müasir İncəsənət Mərkəzində "Qatarın gəlməsi” adlı poeziya axşamı keçiriləcək.
 

 
 AZƏRTAC xəbər verir ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələrinin iştirakı ilə reallaşacaq gecədə XX əsrdə yaşayıb-yaradan, amansız zamanın qurbanlarına çevrilən rus şairlərin taleyindən bəhs olunacaq. XX əsri rus poeziyası tarixində ən gözəl, eyni zamanda ən çətin dövr kimi adlandırırlar. İnqilablar, müharibələr, mühacirətlər, repressiyalar... Yüzillik sərt polad maşını kimi, relslər boyunca irəliləyərək öz yolunda heç kimə aman vermədi. Dövr dahilər və şedevrlər yaradırdı, amma, eyni zamanda, dəhşətli, məhvedici gücə sahib idi.
 Hər kəsin qatıla biləcəyi tədbir rus dilində aparılacaq.