Biz imzaları yox, əsərləri dərc edirik...

“YARAT” da kinorejissorluq üzrə ustad dərsləri
208
10 Avqust 2018, 17:26
  Avqustun 14-də "YARAT” Müasir İncəsənət Mərkəzində kinorejissorluq üzrə birgünlük ustad dərsləri keçiriləcək.
 
 

  AZƏRTAC xəbər verir ki, Cavid Zahidov və Rafiq Hacıyevin iştirakı ilə təşkil olunacaq dərslərdə 10-15 yaşlı uşaq və yeniyetmələr iştirak edə bilər.
  Əgər film çəkmək arzusundasınızsa onda "YARAT”ın təşkil etdiyi intensiv yay kursuna qatılın. Üç saat ərzində ssenari yazmaq əsaslarını, kamera ilə işləmək və montaj qaydaların öyrənəcəksiniz. Həmçinin hər iştirakçı bir hekayə hazırlayaraq onu qısa filmə çevirmək imkanı qazanacaq.