Biz imzaları yox, əsərləri dərc edirik...

“Xoşbəxt Yusifzadə-90” adlı kitab sərgisi açılıb
470
14 Yanvar 2020, 16:40
  Yanvarın 14-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin anadan olmasının 90 illiyi münasibətilə "Xoşbəxt Yusifzadə-90” adlı kitab sərgisi açılıb.
  Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə akademikin Azərbaycan və digər dillərdə nəşr olunmuş əsərləri, elmi məqalələri, rəyçisi və redaktoru olduğu, haqqında yazılmış kitablar, qəzet və jurnal materialları nümayiş olunur.
 
 

  Qeyd edək ki, Xoşbəxt Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və onun zəngin potensialının üzə çıxarılmasında müstəsna xidmətlər göstərib, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazıb.