Biz imzaları yox, əsərləri dərc edirik...

Xəzər Universitetində onlayn seminar: Nizami Gəncəvi və dünya ədəbiyyatı
194
09 Mart 2021, 11:49
Xəzər Universitetinin "Xəzər”in ədəbiyyat səyyahları” adlı ədəbi-fəlsəfi məclisi "Nizami Gəncəvi və dünya ədəbiyyatı” mövzusunda onlayn seminar keçirib. Tədbir Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil edilib.
 
 

Bu barədə AZƏRTAC-a Xəzər Universitetindən məlumat verilib. Bildirilib ki, seminara universitetin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı moderatorluq edib. Tədbirin qonağı, Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri, dosent İbrahim Quliyev mövzu ətrafında araşdırmalarından danışıb.
İnteraktiv şəkildə keçən seminarda tələbələrdən Aydan Nağıyeva, İlkanə İbrahimbəyli, Şəms Qurbanəliyeva, Ələs Əliyev və Şahin Əliyevin çıxışları maraqla qarşılanıb.