Biz imzaları yox, əsərləri dərc edirik...

Xəzər Universitetində Nizami Gəncəviyə həsr olunmuş inteqrativ onlayn dərs
130
23 Fevral 2021, 14:49
 Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə elan edilmiş "Nizami Gəncəvi İli" ilə bağlı Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin tərcümə qrupunun I kurs tələbələrinə "Nizami Gəncəvi "Xəmsə”sinin verdiyi dərslər” mövzusunda inteqrativ onlayn dərs keçirilib.
 
 

 Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, fənn müəllimi Qardaşxan Əzizxanlı Nizami Gəncəvi haqqında ədəbiyyat tariximizin ilk monumental epik şeirinin banisi kimi danışıb.
 Universitetin İngilis dili və ədəbiyyatı departamentinin müdiri Bəhmən Əmani "Xəmsə”nin finalı "İsgəndərnamə”də humanizm ideyalarının təntənəsindən söz açıb.
 Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalova şairin yaradıcılığını dünya ədəbiyyatı kontekstində nəzərdən keçirməyin vacibliyini qeyd edib.
 Tələbələrdən Afina Hacıyeva, Rüfət Həsənli də Nizami poeziyası ilə bağlı fikirlərini söyləyiblər.