Biz imzaları yox, əsərləri dərc edirik...

“Xəz dərili Madonna” teatr səhnəsində
379
13 Mart 2018, 17:32
 Səbahətdin Əlinin dünyanın 30-a yaxın ölkəsinə səs salmış "Xəz dərili Madonna”sının teatr versiyası nümayişə hazırdır. Türk ədəbiyyatının dövrü keçməyən, bu gün də çox satılanlar siyahısında olan bu nümunəsi yenə gündəmdədir. Belə ki, martın 8-9-da Zorlu PSM Centerdə nümayiş olunacaq tamaşada əsərin baş qəhrəmanı Maria Puder üçün xüsusi ətir hazırlanıb. Baş rollarını Menderes Samancılar, Tuba Ünsal, Alper Saldıran və Sercan Badurun paylaşdığı pyes dünyanın ilk qoxu inteqrasiyası edilən tamaşası olacaq. Bu xüsusi ətir isə "MG İnternational Fragrance” şirkəti tərəfindən hazırlanıb.
 

 
 Tamaşanın gedişatında müəllifin təsvirlərini canlı saxlamaq məqsədi ilə istifadə olunacaq ətirlərə – Maria Puder, Raif Efendi, Atlantis və Botanika Bağı adları verilib. "MG İnternational Fragrance” şirkətinin PR şöbəsinin müdiri Duyğu Beşbıçaq: "Bizə belə bir təklifin gəlməsiylə həyəcanverici təcrübə yaşadıq. Maria Puder üçün zəfəran və ənbərin ətrini birləşdirən, hər yerdə dərhal hiss edilən və qadını xatırladan şirin qoxu hazırladıq. Türk dəyərlərini təmsil edən Raif Əfəndi üçün sadə sabun qoxusu hazırladıq”.
 Romanı səhnələşdirən Engin Alkandır. Alkan həm də rejissor kreslosunda əyləşir. Səhnə əsərinin musiqiləri Sezen Aksuya aiddir. Maria Puder avtoportreti üzərində rəssam Ahmet Günəştəkin işləyib.

 Hazırladı: Elcan Salmanqızı