Biz imzaları yox, əsərləri dərc edirik...

Xalq artistinə "Nəsimi" medalı verildi
407
17 Yanvar 2020, 12:39
  Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis etdiyi "Nəsimi” medalı ilə təltif edilib.
  TÜRKSOY-dan Kulis.az -a verilən xəbərə görə, Ankarada Nəsiminin anadan olmasının 650 illiyi və görkəmli kinorejissor və ssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib.
 
 

  Tədbir çərçivəsində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Nəsimi obrazının yaradıcısı Azərbaycanın Xalq artisti Rasim Balayevi TÜRKSOY-un təsis etdiyi "Nəsimi” medalı ilə təltif edib.
  Tədbirə qatıla bilməyən bilməyən Rasim Balayevin medalı Azərbaycan Dövlət Film Fondunun sədri Rasim Salmanova təqdim edilib.