Biz imzaları yox, əsərləri dərc edirik...

“Women in Motion” layihəsi çərçivəsində çəkilmiş filmlərin premyerası olacaq
410
14 İyun 2019, 09:29
 İyunun 20-də "YARAT” Müasir İncəsənət Mərkəzində "Women in Motion” layihəsi çərçivəsində çəkilmiş filmlərin premyera nümayişləri keçiriləcək.
 
 

 "YARAT”dan AZƏRTAC-a bildirilib ki, proqrama "Luna-park”, "Qızcığaz skeytbordla” və "Bu kimi şirin həyat” filmləri daxildir.
 Tədbirdə, həmçinin hazırda montaj mərhələsində olan "Onlar sevgi bəxş edirlər” filminin fraqmentləri də göstəriləcək. Bütün ekran əsərləri "Cinex Productions” Azərbaycan kinokompaniyasında, kinematoqrafiya sahəsində yenicə fəaliyyətə başlayan qadın rejissor və ssenaristlər tərəfindən çəkilib. Nümayişdən sonra iştirakçıların filmlərin yaradıcı heyəti ilə müzakirə aparmaq imkanı olacaq.
 Ekran əsərləri Azərbaycan, rus və ingilis dillərində təqdim ediləcək.
 Qeyd edək ki, "Women in Motion” layihəsi 2016-cı ildə prodüser və rejissor Mariya İbrahimova tərəfindən təşkil olunub. ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə həyata keçən bu layihə kino sahəsində karyerasına başlamaq istəyən ölkəmizin istedadlı qadınlarını müəyyənləşdirmək və dəstəkləmək üçün nəzərdə tutulub.