Biz imzaları yox, əsərləri dərc edirik...

Uğursuzluq qorxusu
414
12 Noyabr 2019, 08:49
  Yazmağa başlayan hamıda peşəkar və həvəskar olmasından asılı olmayaraq, uğursuzluqla üzləşmək həyəcanı var. Peşəkar sinfin nümayəndələrinin bunun öhdəsindən gəlmək üçün hərəsinin özünəməxsus üsulları var. Elə yola yeni qədəm qoyanlar üçün də çoxsaylı tövsiyə məqalələri qələmə alınıb. Həvəskarların işinə yarayacağını düşündüyümüz belə bir məqalə bu dəfə "nytimes.com”da yayımlanıb. Liqaya Mişanın "Mədəniyyət terapisti” rubrikası üçün qələmə aldığı yazıda yazmağa başlayarkən uğursuzluq da daxil bir çox qorxunun caynağında ilişib qalanların köməyinə çatacaq addımlar siyahılaşdırılıb.   
 
 
 
 Uğursuzluq anlayışının əsl mahiyyətini özlüyünüzdə dəqiqləşdirin – gələcək auditoriyanın gözləntilərinə cavab verməmək qayğısımı, yoxsa fikrinizdə tutduğunuz süjetlə yaranan  versiya arasındakı dərin fərqlərmi sizin üçün əsl uğursuzluqdur.
 Hekayənizi yazdıqlarınızın ən qatı tənqidçisi kimi oxumağa çalışın. Öz beyninizin məhsulunu müdafiəçi əməkdar gözü ilə oxumaq yazar üçün) təhlükəli instinktdir. 
  Başlanğıclar təhlükəlidir. Statistik olaraq da, yazarlar ən çox bədii nümunələrin ilk səhifələri üzərində çox düzəliş aparırlar. Çünki giriş hissədə müəllif ideya, təsvir, duyğu baxımından qarışıq və həddindən artıq yüklü olur. Bu isə özü ilə birgə xaos, həyəcan və qorxu gətirir. 
 İlk cümlədən əvvəl planlaşdırdığınızla yekunun, sizin təklifinizlə oxucu tələbatının arasında mütləq qaçılmaz fərq olacağı həqiqətini qəbul edin. 
 Qorxulu tənqidçilərin varlığını unudun əks halda, ritm pozuqluğu, mövzudan uzaqlaşma, işi rejimə oturda bilməmək kimi problemlər, hətta "mən heç nə bacarmırmışam” duyğusu sizi üstələyə bilər.
 
  İngilis dilindən tərcümə etdi: Elcan Salmanqızı