Biz imzaları yox, əsərləri dərc edirik...

“Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası” adlı kitabı çap olunub
158
23 Oktyabr 2020, 12:07
 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu "Uşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası” kitabını çap etdirib. Kitab Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2020-ci il 3 saylı qərarı ilə yayımlanıb. Kollektiv əməyin nəticəsi olan kitab "Sənətkarın elmi pasportu” seriyasından işıq üzü görən səkkizinci nəşrdir. Monoqrafiya AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin ön sözü ilə çap olunub.
 
 

 Kitabın rəyçisi AMEA-nın müxbir üzvü Tehran Mustafayevdir. Elmi redaktoru filologiya üzrə elmlər doktoru Elnarə Akimova, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır. 
 148 səhifəlik kitab "Elm və təhsil” nəşriyyatında çap olunub. Kitabda tanınmış uşaq şairi Xanımana Əlibəylinin həyat və yaradıcılığından bəhs edilir.