Biz imzaları yox, əsərləri dərc edirik...

"Ulduz"un noyabr sayı
349
02 Dekabr 2019, 12:50
Jurnalın noyabr sayı Elxan Yurdoğlunun "Hər söz bir nəfəs kimi” adlı ekspert  yazısı ilə açılır. Şahanə Müşfiq  "özüylə söhbəti...”ni  və şeirlərini təqdim edir. Cəlal Məmmədovun təqdimatında "Qısa fikirlər xəzinəsi”ndə  dühanların fikirlərini oxuaycaqsınız. "Nəsr”də  Oğuz Ayvaz, Günel C.Hacıyeva, Pərvanə Bayramqızı, Arzu Nehrəmli, Vüqar Haqverdiyev, Məlahət Mümmətqızı, "Şeir vaxtı”nda Anar Gülümsoy, Sevinc Ay, Qismət Məsimdir.

  "Tribuna”da Aynur Səfərli "Yarımçıq əlyazma”dan yazır. "Tənqid”də Vaqif Yusifli "Gənc şairlər, sözüm sizədir” silsiləsindən növbəti yazısını təqdim edir. Yusif Nəğməkarın, Nofəl Ümidin, Gilə Əliqızının şerlərini də "Ulduz”un bu sayında oxuya biləcəksiniz. "Xəzər”dən şeir çələngi  "Ulduz”un noyabr sayındadır. "Dərgidə kitab” Orxan Saffarinin "Əsirlikdəki qızılgül” təqdim edir. 
 
 

 Ulduzlu nəşrlər seriyası Səxavət Sahilin "Nar ağacının nəğmələri” kitabını  sizə hədiyyə edir. 
 Bunlar hamısı deyil, "Ulduz”u oxuyun!