Biz imzaları yox, əsərləri dərc edirik...

Türkiyənin məşhur aktyoru vəfat edib
408
10 Sentyabr 2019, 12:36
  Türkiyəli məşhur aktyor Süleyman Turan vəfat edib.
  APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 82 yaşlı aktyor bu gün səhər evində ürək çatışmazlığından ölüb.
  O, 1936-cı ildə İstanbulda anadan olub. Yaradıcılığa teatrdan başlayan aktyor bir müddət karikaturaçılıq da edib. 
 
 

O, "Hörmətli xanım”, "Ağ göyərçin”, "Yaxşı qərb” və bir çox filmdə rol alıb.