Biz imzaları yox, əsərləri dərc edirik...

Türkiyədə Sabir Şahtaxtının kitabı çap olundu.
428
18 Oktyabr 2019, 15:12
  Türkiyədə Sabir Şahtaxtın kitabı çap olundu. Oktyabrın 20-da 15:00-da Ankara Kitab Sərgisində təqimatı keçiriləcək "Azadlıq nəğməsi” kitabı "Bengü” yayın evinin stendində imzalanacaq.
 
 

  Əsər yüksək əxlaqi dəyərlərə, tərbiyə və intellektə malik azərbaycanlı gənc cütlüyün real həyat hekayəsidir. Müəllif Azərbaycan xalqının milli-azadlıq hərəkatının əzəmətini, yaşadığımız acıları və bütün bunların fonunda əldə etdiyimiz müstəqilliyi, azadlığımızı böyük ədəbi ustalıqla tərənnüm edib. Azərbaycan təqvimindəki dörd qara gün – 1918-ci ilin mart qırğınları, 1920-ci ilin aprel işğalı, 1990-cı ilin 20 Yanvar faciəsi, 1992-ci il Xocalı soyqırımının törədilməsi səbəbləri, bunların Azərbaycan xalqının taleyindəki yeri və psixologiyamıza təsiri bir ailənin həyatında aydınlığı ilə təsvir edilib.