Biz imzaları yox, əsərləri dərc edirik...

TÜRKSOY-un 22-ci Opera Günləri
261
20 Sentyabr 2019, 09:02
  Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) 22-ci Opera Günlərinə hazırlıq işləri başa çatıb.
  TÜRKSOY-un katibliyindən AZƏRTAC-a verilən məlumata görə, budəfəki Opera Günləri Şimali Kiprin Girnə və Türkiyənin İstanbul şəhərlərində keçiriləcək.
 
 

  Açılış mərasimi sentyabrın 25-də Girnə şəhərində olacaq. Tədbir TÜRKSOY, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Şimali Kiprin Milli Təhsil və Mədəniyyət Nazirliyi tərəfindən birgə təşkil olunub. Şimali Kiprin Milli Təhsil və Mədəniyyət Nazirliyinin ev sahibliyi ilə keçiriləcək rəsmi mərasimin iştirakçılarına nazir Nazim Çavuşoğlu tərəfindən dəvətlər göndərilib. Bildirilir ki, Opera Günlərində 9 ölkədən 10 solist və üç pianoçu qatılacaq.