Biz imzaları yox, əsərləri dərc edirik...

“Kaspi”dən seçmələr" çapdan çıxdı
390
25 May 2018, 12:23
  Kaspi nəşrləri seriyasından yeni kitab – Əlimərdan bəy Topçubaşovun "Kaspi”dən seçmələr” çapdan çıxıb.
 
 

 


  Kitabda Azərbaycan Cümhuriyyətinin "qurucu atalar”ından birinin – görkəmli ictimai xadim, diplomat və publisist Əlimərdan bəy Topçubaşovun 1898–1906-cı illərdə baş redaktoru olduğu "Kaspi” qəzetində dərc edilmiş məqalələrindən bir qisminin Azərbaycan dilinə tərcüməsi toplanıb. Bu yazılarda Azərbaycanın və bütünlükdə Cənubi Qafqaz regionunun XX əsrin əvvəllərindəki həyatı özünün ən müxtəlif yönləri və istiqamətləri ilə əksini tapıb. Ə.Topçubaşovun zəngin publisistik irsi onun milli istiqlal məfkurəsinin öncülü və gələcək Azərbaycan Cümhuriyyətinin ideoloqlarından biri olduğunu göstərməklə yanaşı, "Kaspi” qəzetinin də həmin prosesdəki rol və xidmətlərinə işıq salır. Əsər tarixçilər, filoloqlar, politoloqlar, media təmsilçiləri – ümumən geniş oxucu kütləsi, mütaliə həvəskarları üçün nəzərdə tutulub.
 
 
 

  Tərtib və rus dilindən tərcümə edən, müqəddimə, izah və şərhlərin müəllifi tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, "Kaspi nəşrləri seriyası"nın rəhbəri və redaktoru isə Sona Vəliyevadır.
   Qeyd edək ki, kitab "Kaspi” qəzeti və "Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə nəşr edilib.