Biz imzaları yox, əsərləri dərc edirik...

Tolstoyun oxumağa məsləhət gördüyü kitablar
519
14 Mart 2018, 09:14
 1891-ci ildə rus ədibi Tolstoy bir naşir dostunun gətirdiyi ingilis dərgisində "Ən möhtəşəm 100 kitab” başlıqlı bir siyahı görür. Dostu həmin siyahıdakı kitabları bir-bir ədib üçün tərcümə edir. "Huffington”un xəbərinə görə, siyahı Tolstoyu birmənalı şəkildə qane etmir. Naşir dostuna yazdığı məktubda onu ən çox təsirləndirən 45 kitabın adını siyahı şəklində göndərir, lakin etiraf edir ki, yaxşı kitabları seçmək həqiqətən də çox çətindir. Aşağıdakı siyahı Tolstoyun təqdim etdiyi siyahıda yer almış, ancaq bu gün əldə edilməsi çox çətin olan kitabları ixtisar edərək, yerdə qalanlarını paylaşırıq.
 

 
 · "Min bir gecə nağılları”
 · Matta İncili
 · J.J.Russo – "Etiraflar”
 · Aleksandr Puşkin – "Yevgeni Onegin”
 · Fridrix Şiller – "Oğrular”
 · Nikolay Qoqolun bütün əsərləri
 · Çarlz Dikenz – "Devid Koperfild”
 · Höte – "Herman və Dorota”
 · Viktor Hüqo – "Notr Dam kilsəsi”
 · Entoni Trollop – "Basretşayer gündəlikləri”
 · Henri Corc – "İnkişaf və yoxsulluq”
 · Paskal – "Düşüncələr”
 · Eduard Sçure – "Böyük instinktlər”
 · Corc Eliotun əsərləri
 · Konfutsi nəzəriyyəsi
 · Viktor Hüqo – "Səfillər”

  Hazırladı: Elcan Salmanqızı