Biz imzaları yox, əsərləri dərc edirik...

Timur Əsgərov “İki cütlük üçün variasiyalar” baletində
393
18 Fevral 2020, 09:44
  Fevralın 20-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının "Mariya-2” səhnəsində "Adajio Xammerklavir”, "Solo”, "İki cütlük üçün variasiyalar”, "Beş tanqo” adlı birpərdəli baletlər nümayiş etdiriləcək. AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, "İki cütlük üçün variasiyalar” baletində Azərbaycanın Əməkdar artisti, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının premyeri Timur Əsgərov çıxış edəcək.
 
 

  Səhnə əsərində Benjamin Britten, Stefan Kovaç Tikmayer, Astor Pyatsollanın musiqisindən istifadə edilib. Baletin dünya premyerası 2012-ci ildə Amsterdamda olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2014-cü ildə oynanılıb.
  T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun "Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub