Biz imzaları yox, əsərləri dərc edirik...

Teymur Rzayev – 60
425
25 İyun 2019, 10:11
 Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanın Əməkdar rəssamı, Türkiyənin Yeditepe Universitetinin dosenti, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Teymur Rzayevin 60 illik yubileyi qeyd olunacaq.
 
 

 Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir iyunun 27-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir.
 Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və "HAVİSSOS" şirkətinin dəstəyi ilə reallaşacaq tədbirdə rəssamın bir neçə əsəri sərgilənəcək, onun həyat və yaradıcılığını əks etdirən film təqdim ediləcək.