"Hədəf” multimedia mərkəzində gənc yazar Rövşən Danyerinin ssenarisi əsasında "Təxəyyül” adlı qısametrajlı filmin çəkilişləri başa çatıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, filmin rejissoru Cavad Nurdur. Müəllifin eyniadlı hekayəsi əsasında çəkilmiş filmdə sosial həyatdan bəhs edən problemlər təsvir olunub, obrazlar üz-üzə qoyulub.
"Təxəyyül” qısametrajlı bədii filmi absurd-komediya janrındadır.
Filmdə rolları Kamal Yaşar, Elnur Rzayev, Pərvin Dadaşova və Nuridə Musabəyli canlandırıblar.