Biz imzaları yox, əsərləri dərc edirik...

Tatarıstanın xalq şairi Robert Minnulin dünyasını dəyişdi
244
30 Mart 2020, 15:49
 Turk dünyasının ünlü simalarından biri, Tatarıstanın xalq şairi, gənclik dostum Robert Minnulinin ölüm xəbəri məni sarsıtdı. Robertlə 1971-ci ildə tanış olmuşdiq, sonra bu tanışlıq dostluga çevrilmiş və yarım əsrə yaxın davam etmişdi. O dəfələrlə Bakıya gəlmiş, mən dəfələrlə Kazanda olmuşdum. Axırıncı dəfə 70 illik yubileyinə getmişdim. Hörmətli türkoloq, professor Ramiz Əsgərlə birlikdə... Tatarıstanda möhtəşəm məclislər təşkil edilmişdi şərəfinə. Kəndlərə getdik, məktəblilərlə görüşdük. Robert Tatarstanın ən tanınmış uşaq şairidir. Hər yerdə uşaqların onu necə sevdiklərinin, şeirlərinin nə qədər populyar olduğunun şahidi olduq... Robert Minnulin 25 il Tatarstan parlamentinin deputatı olmuşdu. Görkəmli ictimai-siyasi xadim idi. Eyni zamanda Volqaboyu xalqlar - başqırdlar, çuvaşlar, udmurtlar, mordvalılar arasında yaxşı tanınır və sevilirdi. Əsərləri bir çox dilə, o cümlədən Azərbaycan türkcəsinə çevrilib nəşr edilmişdi... Bu ağır itkiyə görə Robertin qardaşı, Tatarıstan Elmlər Akademiyasının Ədəbiyyat institutunun direktoru Kim Müəllim oğlu Minnulinə, həyat yoldaşı Klara xanıma, övladlarına, bütün tatar yazarlarına dərin hüznlə baş sağlığı verirəm. Sözə can verənlər ölümə can verməzlər...Ruhu şad olsun unudulmaz dostumun!..
 Sabir Rüstəmxanlı