Biz imzaları yox, əsərləri dərc edirik...

Söz Rafiq Tağıydı – Qardaşxanın şeiri
570
19 Noyabr 2018, 11:11
  Artkaspi.az Qardaşxan Əzizxanlının şeirini təqdim edir: 
 
 


  Mövhumat terrorunun qurbanı
  ədəbi cəsarət simvolu Rafiq Tağıya ...

  Kim bir insanı öldürsə,
  bütün insanlığı öldürür. ("Quran-i-Kərim”)

 
  Söz bəxt deyil ki
  Söz bəxtəbəxtdi.
  Söz Rafiq Tağıydı

 
 
 
  öz uca vaxtı
  Uca Söz gəpgəncdi
  qosqoca vaxtı.
  Havaxtdı
  payızın noyabrı – qış
  o qış noyabrın payızı –
  şaxta
  noyabr sazağı
  bıçaq tək
  zəhər tək kəsir adamı
  bu hüzr damı
  üzür adamı
  sanki "Yeddisi”di
  yeddi il deyil.
  Hər payız
  daş gəlir pəncərədən– daş
  bir "daşa dönmə” var hər
  "Bəri bax”da