Tanınmış özbək tarixçisi, publisisti və ictimai xadimi Şuhrat Salamovun (Şuhrat Barlas) "Daşnaqlar Fərqanədən Qarabağa qədər" adlı kitabı Azərbaycanda işıq üzü görüb. Kitab Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin təşəbbüsü və 1937-ci ildə ailəsi Naxçıvandan Qazaxıstan və Özbəkistana sürgün edilmiş Mehdi Məmmədovun maliyyə dəstəyilə ərsəyə gəlmişdir.

Kitabın təqdimatı 21 noyabr, saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.