Biz imzaları yox, əsərləri dərc edirik...

“Stalinin qaranlıq keçmişi” filmi beynəlxalq festivalda
310
08 Oktyabr 2019, 11:30
  Azərbaycanın "SSP Production” şirkətinin ekranlaşdırdığı "Stalinin qaranlıq keçmişi” filmi İranda "International Moving” Film Festivalında nümayiş olunub.
 
 

  Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
  Onun sözlərinə görə, 12-ci dəfə keçirilən festivalda 120 ölkədən 3046 film nümayiş etdirilib. "Stalinin qaranlıq keçmişi” sənədli filmi festivalın yarımfinalçı sertifikatına layiq görülüb.
  Sənədli filmin redaktoru Əkbər Qoşalıdır, mətni Xalq artisti Eldost Bayram oxuyub.