Biz imzaları yox, əsərləri dərc edirik...

Sona Vəliyevanın miniatür şeirlər kitabı çap olunub
447
28 May 2020, 13:27
 Tanınmış şairə, filologiya elmləri doktoru, Əməkdar jurnalist Sona Vəliyevanın yeni miniatür şeirlər kitabı işıq üzü görüb.
 "Mücrü” nəşriyyatında  çap edilən kitabda S.Vəliyevanın əllidən artıq şeirləri cəm olub. 140 səhifəlik nəşrdə şairənin yalnız lirik şeirləri toplanıb. Müxtəlif illərdə qələmə alınan bu şeirlər həm mövzu rəngarəngliyi, həm də ideya və ifadə dürlülüyü ilə seçilir. 
 
 

 Ədəbi mühit, elmi adamları tərəfindən rəğbət görən, haqqında elmi-publisistik məqalələr qələmə alınan bu şeirlərin bəzilərinə sayılıb-seçilən bəstəkarlar tərəfindən musiqilər bəstələnib və həmin nəğmələr şöhrətli, seçkin müğənnilər tərəfindən ifa edilib. 
 Qeyd edək ki, adı çəkilən kitab "Mücrü” nəşriyyatının "Poeziya” seriyasından nəşr edilib.