Biz imzaları yox, əsərləri dərc edirik...

Sona Vəliyevanın “İşığa gedən yol” romanı Türkiyədə çap olunub
446
12 İyul 2018, 11:09
  Yazıçı Sona Vəliyevanın "İşığa gedən yol” romanı "Truva" nəşriyyatı tərəfindən Türkiyə türkcəsində çap olunub.
 
 
 
 
 Görkəmli ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin həyat və yaradıcılığından, maarifçilik yolundan bəhs edən əsər bir şəxsin timsalında xalqın mədəniyyət, ədəbiyyat, ziyalılıq tarixinə işıq salır. 
 Tarixi faktlarla zəngin olan iki hissəli romanı Türkiyə türkcəsinə Metin Yıldırım uyğunlaşdırıb, "Truva Yayınları”nın baş redaktoru Sami Çelik, nəşrin redaktoru isə Sema Satandır. 
 Qeyd edək ki, kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə ithaf olunub.