Biz imzaları yox, əsərləri dərc edirik...

Səyyar sərgi təşkil olunub
127
13 Mart 2019, 16:07
  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) 6 saylı filialının əməkdaşları tərəfindən 182 nömrəli tam orta məktəbdə səyyar sərgi təşkil olunub.
 
 
 

  Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi kitabxanaya daha çox oxucu cəlb etmək, məktəbli oxucularda kitablara maraq oyatmaq olub.
 
 
 

  Filialının fəal oxucusu Məhəmməd Məmmədov Əmin Əfəndiyevin müəllifi olduğu "Cırtdanın kitabxanaya səyahəti” əsərini səhnələşdirilmiş şəkildə "Cırtdan” obrazında məktəblilərə təqdim edib.

  Sonda məktəblilər səyyar sərgidəki kitablarla tanış olublar.