Biz imzaları yox, əsərləri dərc edirik...

“Şəngülüm, Məngülüm” iki dəfə nümayiş ediləcək
422
17 Yanvar 2020, 10:49
  A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı azyaşlı tamaşaçıları üçün "Şəngülüm, Məngülüm”ü bu ay repertuara salıb.
  AZƏRTAC xəbər verir ki, yanvarın 26-29-da nümayiş olunacaq tamaşa teatrın repertuarında xüsusi yer alan səhnə əsəridir.
 
 

  "Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru isə Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. Mono kukla tamaşasının ifaçısı Ülviyyə Əliyevadır.
  Səhnə əsərinin mahnı mətnləri Mikayıl Müşfiqin xalq nağılı əsasında yazdığı "Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılından seçilib.