Biz imzaları yox, əsərləri dərc edirik...

Şəmil Sadiqin “Odərlər” romanı türk oxuculara təqdim olunub
348
12 Noyabr 2019, 18:16
 Noyabrın 11-də Dədə Qorqud və Əhməd Yasəvi vəqfinin təşkilatçılığı ilə Ankarada azərbaycanlı yazar, pedaqoq, "Hədəf Nəşrləri"nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqinin "Odərlər” romanının imza mərasimi keçirilib.
 AZƏRTAC xəbər verir ki, tədbiri Dədə Qorqud vəqfinin rəhbəri, şair Servet Gurcan açaraq "Odərlər” romanı barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib. Romanın türk dünyası üçün önəmindən danışan S.Gurcan çıxışında əsərin hər bir nöqtəsində belə türk ruhu olduğunu xüsusi olaraq vurğulayıb.
 
 
 

 Türkiyənin keçmiş mədəniyyət naziri Namiq Kamal Zeybəkə türklərin tarixi, türkçülük ideologiyası barədə çıxış edib. Bununla yanaşı "Odərlər” romanının ideya baxımından türk dünyasını birləşdirici bir mövqe tutduğunu bildirib.
 Tədbir roman ətrafında müzakirələrlə davam edib. Müzakirələr vaxtı tədbir iştirakçıları paralel olaraq türk mifologiyası, inanc sistemi haqqında da fikirlərini bölüşüblər.
 Sonda müəllif əsərini imzası ilə oxuculara təqdim edib.