Biz imzaları yox, əsərləri dərc edirik...

Şəhriyar del Geraninin yeni kitabı
283
17 Sentyabr 2019, 11:50
  Tanınmış şair Şəhriyar del Gerani "Gecəniz şeirə” adlı yeni şeirlər kitabı çap edib.
  Bu yaxınlarda "Təhsil” nəşriyyatında işıq üzü görən kitabda 45 şeir toplanıb. Onlardan 33-ü yeni, 12-si beş il öncə çap olunan "Darıxmağın adı” kitabındandır.
 
 

  Şairin Kulis.az -a bildirdiyinə görə, birinci kitabdan olan 12 şeirin bir çoxu yenidən işlənib.
  Bildiyiniz kimi, Şəhriyar del Gerini bundan əvvəlki kitabını satışa baha qiymətə qoymuşdu və bunu şeirin dəyərləndirilməsi baxımından bir aksiya adlandırmışdı.
  Aksiya baş tutdu, kitabım demək olar ki, bütün tirajı satılıb qurtardı. "Gecəniz şeirə” kitabını isə yüksək tirajla çap edib, ucuz qiymətə satmaq niyyətindədir.
  Bu aksiya əsasən regionlar üçün nəzərdə tutulub. Belə ki, o, Azərbaycanın bölgələrində təqdimatlar təşkil etmək və kitabı simvolik qiymətə satışa qoymaq fikrindədir. Məqsəd regionlarda kitaba marağı artırmaq və ordakı oxucularla canlı ünsiyyətə girməkdir.