Biz imzaları yox, əsərləri dərc edirik...

"Roman qəhrəmanları" festivalı
109
13 Aprel 2018, 17:34
 Bu il üçüncü dəfə təşkil edilmiş "Roman Qəhrəmanları İstanbul Ədəbiyyat Festivalı” aprelin 11-də start götürüb. "edebiyat”-ın xəbərinə görə, festival bu il 11-13 aprel tarixlərində İstanbul və Çanaqqalada baş tutur. Festivalın builki ana mövzusu "Homer, Troya, Dastanlar və Qəhrəmanlar”dır.
 

 
 "Roman qəhrəmanları” dərgisi və Maltəpə Universiteti icraçı qurumunun təşəbbüsü və başçılığı ilə reallaşan tədbirin təşkilati işləri bu il Çanaqqala On Səkkiz Mart Universiteti və Çanaqqala-Tübingen Troya Vəqfinə həvalə edilib. Festival çərçivəsində planlaşdırılmış tədbirlər 11-12 aprel tarixlərində İstanbulda Maltəpə Universitetində, 13 apreldəki tədbirlər isə Çanaqqala On Səkkiz Mart Universiteti və Çanaqqala-Tübingen Troya Vəqfində keçirilir. 
Festivalın İstanbul günlərində qədim dastanlar, mifik və real qəhrəmanlar üzrə araşdırmaçılar, ədəbi tənqidçilərin, ədəbi tarixçilərin çıxışları dinlənilib. Dünya kino tarixində dastanların yeri müzakirə olunub, gənc heykəltəraş və rəssamların "Homer, Troya və dastanlar” başlığına həsr olunmuş əl işlərindən ibarət sərgi ziyarət edilib. 
Çanaqqala hissəsində isə iştirakçılar üçün Troya gəzintisi təşkil olunacaq, daha sonra Korfman Kitabxanasının hazırladığı "Polyksena” sənədli-tarixi filmi nümayiş ediləcək. Sonda mifologiya araşdırmaçılarının çıxışları dinləniləcək.
 Məlumat üçün bildirək ki, festival ilk dəfə 2012-ci ildə "Balkan barışı”, ikinci dəfə isə ötən il "Kafka” mövzusunda təşkil olunub.
 Hazırladı: Elcan Salmanqızı