Biz imzaları yox, əsərləri dərc edirik...

Respublika Uşaq Kitabxanasında növbəti onlayn viktorina
451
01 İyun 2020, 10:06
 İyunun 1-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı ailəvi onlayn viktorina keçirəcək.
 
 

 AZƏRTAC xəbər verir ki, müsabiqə zamanı iştirakçılara 50 sual təqdim olunacaq. Qalib çıxan ailəyə kitabxana tərəfindən dünya və Azərbaycan ədəbiyyatından 5 kitab hədiyyə ediləcək.
 Viktorinanın keçirilməsində məqsəd valideynlərin övladları ilə evdə qaldıqları müddətdə suallara birgə cavab tapmasıdır.
 Suallar clb.az saytında təqdim olunacaq.