Biz imzaları yox, əsərləri dərc edirik...

Respublika Uşaq Kitabxanası uşaqları mütaliə etməyə dəvət edir
354
02 Aprel 2020, 16:33
 F.Köçərli adına Respublika Uşaq Kitabxanası koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar ölkə ərazisində tətbiq olunmuş karantin rejimi günlərində oxucularını saytında etdiyi yeniliklərlə sevindirməyə davam edir.
 
 

 AZƏRTAC xəbər verir ki, uşaqlar kitabxananın internet ünvanına əlavə edilən bu http://usaqkitabi.az/four-columns-2/ linki vasitəsilə evdə olduqları zamanı mütaliə edərək vaxtlarını daha səmərəli keçirə bilərlər. Belə ki, oxucular saytda olan müxtəlif bölmələr vasitəsilə hekayələr, şeirlər, romanlar, biri-birindən maraqlı kitablar, səsli kitablar və həyata keçirilmiş layihələrlə tanış olma imkanı əldə edəcəklər.
 Qeyd edək ki, layihə, Respublika Uşaq Kitabxanası, Gəncliyə Yardım Fondu və "Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı”nın (TİKA) birgə təşkilatçılığı ilə həyata keçirilib.