Biz imzaları yox, əsərləri dərc edirik...

Respublika Uşaq Kitabxanası kiçikyaşlı oxucuları online səsli nağılları dinləməyə dəvət edir
335
28 Mart 2020, 12:11
 Koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində ölkəmizdə müxtəlif qabaqlayıcı tədbirlər görülür.
 
 

 AZƏRTAC xəbər verir ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası bu müddət ərzində kiçikyaşlı oxucularına dəstək olmaq məqsədilə onları kitabxananın www.clb.az internet ünvanında yerləşən multimedia bölməsində 180 audio nağılı dinləməyə dəvət edir.
 Kitabxananın internet ünvanına daxil olmaqla evdə olduğunuz günlərdə müxtəlif nağılları dinləmək, mütaliəni davam etdirmək olar.