Biz imzaları yox, əsərləri dərc edirik...

Respublika Uşaq Kitabxanası Bilik Günü münasibətilə virtual sərgi
476
15 Sentyabr 2020, 15:00
 Sentyabr 15-də F.Köçərli adına Respublika Uşaq Kitabxanası Bilik Günü münasibətilə məktəblilər üçün virtual sərgi təşkil edib.
 Virtual sərginin yaradılmasında əsas məqsəd oxucuları zəngin uşaq ədəbiyyatı fondu ilə tanış etməkdir.
 
 

 Bildirilib ki, vaxtilə ulu öndər Heydər Əliyevin səsləndirdiyi "Təhsil millətin gələcəyidir”, "Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” kimi fikirlər ölkəmizdə təhsilə, elmə və biliyə olan münasibəti əks etdirir. Ölkə başçısı İlham Əliyevin təhsilə qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin siyasətinin uğurlu davamının göstəricisidir.
 
 

 Sərgi uşaqların yaş qruplarına uyğun olaraq kitabxananın nağıl otağı, kiçik və böyük oxu zallarında sərgilənib.
Tədbirdə kitabxananın əməkdaşları uşaqları sərgidə yer alan Azərbaycan və dünya ədəbiyyatına dair biri-birindən maraqlı və rəngarəng kitablarla ümumi tanış ediblər.
 Təqdim olunan videoçarxda uşaq yazarları oxuculara yeni dərs ili münasibəti ilə təbriklərini çatdırıb.
 Qeyd edək ki, kitabxana pandemiya şəraiti ilə əlaqədar olaraq, oxuculara onlayn xidmət göstərir.
 
AZERTAC