Biz imzaları yox, əsərləri dərc edirik...

Respublika Gənclər Kitabxanasında “Ekologiya və ətraf mühit” adlı biblioqrafik icmal
397
04 İyun 2020, 12:04
 Ölkə iqtisadiyyatının inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq, son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilmiş, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılmışdır. Ölkədə təbiətin mühafizəsi, bioloji müxtəlifliyin azalmasının və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi böyük sosial iqtisadi əhəmiyyət kəsb edir.
 
 Bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 5 iyun - Ümumdünya Ətraf Mühit Günü münasibətilə "Ekologiya və ətraf mühit” adlı biblioqrafik icmal hazırlayaraq, onu kitabxananın rəsmi saytına yerləşdirib.
 Kitabxanadan AZƏRTAC-a bildirilib ki, icmalda təqdim olunan ədəbiyyat Azərbaycan və rus dilində verilib. Ədəbiyyatın annotasiyasında kitabın məzmunu ilə yanaşı, onun əsas məziyyətləri, ünvanlandığı oxucu auditoriyası və s. göstərilir. Oxuculara, həmçinin elektron resurslar haqqında da məlumat verilir.