Biz imzaları yox, əsərləri dərc edirik...

Rəsm Qalereyasında yeni virtual bilik yarışması keçirib
369
09 İyul 2020, 11:19
 Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən iyulun 8-də saat 18:00-da "+5C” adlı yeni virtual layihəyə start verilib.
 Qalereyadan AZƏRTAC-a bildirilib ki, sənətsevərlər virtual olaraq ilk incəsənət mövzulu onlayn bilik yarışmasında iştirak edərək öz biliklərini yoxlayıblar.
 
 

 İştirakçılar virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasının "Instagram” (@azgallery.az) sosial media hesabının canlı yayımı vasitəsilə qoşulublar.
 Növbəti yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün 077-717-33-37 "WhatsApp” nömrəsi ilə əlaqə saxlaya bilərlər.