Biz imzaları yox, əsərləri dərc edirik...

Rəsm əsərlərinin satış yarmarkasına qəbulunun vaxtı uzadılıb
115
16 May 2019, 10:39
  Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə elan olunan rəssamların əsərlərinin satış-sərgi yarmarkası üçün əsərlərin son qəbul tarixi mayın 20-dək uzadılıb.


  AZƏRTAC xəbər verir ki, yarmarkada nümayiş və satış üçün təqdim edilən sənət əsərləri münsiflər tərəfindən seçiləcək. Beləliklə, seçilmiş rəsm əsərləri iyunun 17-dən iyulun 17-dək Bakı Expo Mərkəzində reallaşacaq azərbaycanlı rəssamların əsərlərinin satış-sərgi yarmarkasında təqdim olunacaq.