Biz imzaları yox, əsərləri dərc edirik...

“Reinkarnasiya – əbədi gənc, qədim şəhər”
290
17 Aprel 2018, 13:10
  "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yeni - "Reinkarnasiya – əbədi gənc, qədim şəhər” layihəsinə başlayıb.
 
 
 

  Qoruq İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, layihədə məqsəd İçərişəhərin tarixi abidələrinə, mədəniyyətinə, adət-ənənələrinə uşaqların gözü ilə baxmaq, həmçinin uşaqlara özünəməxsus sevgiləri ilə qədim şəhərin ruhunu duymaq və yeni həyat verməkdir.
   Qeyd edək ki, layihə "Reinkarnasiya  tanımadığınız İçərişəhər” layihəsinin davamı hesab olunur və təqdimatı 1 iyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günündə keçiriləcək. Layihədə "DA-ART” Təsviri İncəsənət Mərkəzinin uşaqları iştirak edir.