Biz imzaları yox, əsərləri dərc edirik...

Ramil Əhməd Murat Gülsoyla “Odak yazar” layihəsində
511
16 Yanvar 2020, 10:19
  Yanvarın 21-də Aynalıgeçiddə "Odak yazar” layihəsində Ramil Əhmədin moderatorluğu ilə Murat Gülsoy romanlarından danışacaq. Oxucularla görüş Bakı vaxtı ilə 19:30-da başlayacaq.
 
 

  Professor, ədəbiyyatşünas Seval Şahinin rəhbərlik etdiyi "Odak yazar” layihəsində hər ay türk ədəbiyyatının dəyərli çağdaş yazarlarıyla son kitabları haqqında söhbətlər edilir. Aynalıgeçiddə keçirilən bu görüşlərə giriş sərbəstdir. "Odak yazar” layihəsinin yanvar ayının qonağı Murat Gülsoydur. 
  Murat Gülsoy çağdaş türk ədəbiyyatının önəmli imzalarından biridir. Əsərləri "Sait Faik” hekayə (2001), "Yunus Nadi” roman (2004), "Notre Dame de Sion” (2013) mükafatlarına layiq görülmüşdür. 
  Uzun illərdir davam edən bu layihəninin tarixində ilk dəfə azərbaycanlı bir ədəbiyyatçı da iştirak edəcək. Belə ki, İstanbul Universitetinin doktorantı, ədəbiyyatşünas Ramil Əhməd Murat Gülsoyla yazarın son üç romanı haqqında söhbətləşəcəklər.