Biz imzaları yox, əsərləri dərc edirik...

Qurddan qurd törəyər – Niyə belə deyirik?
590
18 Yanvar 2018, 14:27
 artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edir:
 
 
 
 

 İfadə həm də "Qurdun balası qurd olar” şəklində işlədilir. Başqa sözlə, qurdun balasına da etibar yoxdur.
 İfadə Sədinin "Gülüstan”ından sonra yayılmışdır. 
 
 İnsanla qalmağa etsə də adət,
 Qurd oğlu qurd olar, yenə nəhayət.
 
 Bu ifadənin daha bir sıra variantları meydana çıxmışdır ki, bunlardan biri də "itdən it törəyər” variantıdır. Q.B.Zakirin "İtdən törəyən axır olur sək köpək oğlu” misrası məşhurdur. N.B.Vəzirovun "Ev tərbiyəsinin bir şəkli” pyesində belə bir dialoq var:
 "Bayraməli bəy: O qarabağlı bəy oxuyan həcv nə tövr idi? Deyirlər məsəldir məşhur törəyən itdən…” Xeyr, belə deyil. "Deyirlər məsəldir bitər öz kökü üstə ot. Axırda törəyən itdən olur köpək oğlu…”
 Əsgər: O qarabağlı belə oxuyurdu:
 
 Var özgə vilayətdə də tək-tək köpək oğlu,
 Hədsizdi bu viranədə bişəkk köpək oğlu,
 Məşhur məsəldir bitər ot öz kökü üstə,
 İtdən törəyən axır olur sək, köpək oğlu.

Xəbər lenti