Biz imzaları yox, əsərləri dərc edirik...

“Qırmızı papaq və Redmüzi” tamaşası yeni quruluşda
437
14 İyun 2019, 16:13
  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Qırmızı papaq və Redmüzi” tamaşası nümayiş olunub.
  AZƏRTAC xəbər verir ki, səhnə əsəri tam fərqli ssenari ilə təqdim olunub. Tamaşada 50-ə yaxın uşaq çıxış edib.
 
 

  Səhnə əsərində hadisələr uzaq gələcəkdə cərəyan edir. Redmüzinin anası qızının Yer planetinə getməsinə qarşı çıxsa da o, təsadüfən kosmik gəmini ora doğru yönəldir. Redmüzi Yerdə çoxlu dostlar qazanır və insanların yaxşı varlıqlar olduğunu görür. Redmüzi burada Qırmızı papaqla tanış olur və sehrli sözlər deyərək onu öz planetinə, robotların yaşadığı yerə göndərir. Özü isə Yerdə qalaraq canavarla mübarizə aparır...
  Qırmızı papağın kosmos sevdası onu kainata aparır. Qırmızı papağın başına kosmosda nələr gəlir? O, nənəsini görə biləcəkmi? Bu və ya digər suallara uşaqlar tamaşaya baxandan sonra cavab tapıblar.
  Uşaqlar əylənməklə yanaşı, aktyorlarla canlı ünsiyyətə girərək vaxtlarını səmərəli keçiriblər.